Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan-İsrail münasibətləri: yeni strateji hədəflər

0

  •     Azərbaycan öz müstəqilliyini əldə etdikdən cəmi iki ay sonra, İsrail yeni dövləti rəsmən tanıyan ilk dövlətlərdən biri olmuş və 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurmuşdur. Həmin dövrdən başlayaraq, ikitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq fonunda daha da genişlənmişdir. Düşmənimin düşməni mənim dostumdur”.Belə ki, Azərbaycan və İsrail münasibətləri ticarət və silah idxalı ilə məhdudlaşmır. Hər iki ölkə, İranı “regional antaqonist” hesab etdiyi üçün, iki dövlət arasında hərbi əməkdaşlıq, “düşmənimin düşməni mənim dostumdur” konsepsiyası ilə daha da dərinləşib. Hər iki dövlətin, geniş siyasi perspektivdə bir-biri ilə sıx əməkdaşlığa ehtiyacı var. Bu bağlantıların təməli təkcə ticarət və təhlükəsizlik məsələlərində qarşılıqlı maraqlara deyil, həm də Yəhudi-Azərbaycan dostluğunun uzunillik ənənələrinə söykənir. Əlaqələrimiz daha da genişlənəcək. Azərbaycan xalqı Yəhudi xalqı ilə qardaşlıq, dostluq mühitində yaşayır və iki xalqın yaxınlığı iki dövlətin yaxınlığını təmin edir. Bizim İsrail dövləti ilə çoxşaxəli əməkdaşlığımız var. Bu əməkdaşlıq təhlükəsizlik, enerji, elm, mədəniyyət, təhsil və digər sahələri əhatə edir. Bu əməkdaşlığın genişlənməsinə təkan verən amil yüksək səviyyəli səfərlərdir. Hər səfərdən sonra bizim əməkdaşlığımız bir sıra sahələrdə daha da genişlənir. Mayın 30-dan İsrail prezidenti İshaq Hersoqun Azərbaycana rəsmi səfəri başlayıb. Səfər zamanı Azərbaycan Prezidenti İsrail Prezidentini yüksək səviyyədə qarşılayaraq, görüşlər keçirib. Səfər zamanı səhiyyə ilə bağlı yeni bir sənəd imzalanıb. Hər iki dövlətin və xalqın maraqlarına uyğun olan sənəddir. Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İshak Hersoq mətbuata bəyanatlarla çıxış ediblər. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Müzakirələr zamanı həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsini də müzakirə edildi. İnvestisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük. İrriqasiya və kənd təsərrüfatı sahəsində planları və artıq görülmüş işləri müzakirə edildi. İsrailin bu sahədə böyük nailiyyətlərindən bizim xəbərimiz var və biz kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və ixrac bazarımızı şaxələndirmək istəyirik. Həmçinin qarşılılıqlı turist axını səviyyəsinin necə qaldırılmasını da müzakirə edildi. Həftədə yalnız dörd reys var və dövlət başçımız hesab edir ki, bu, yetərli deyil. İsraildən daha çox turisti buraya dəvət edə bilək və əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Müstəqil ölkə olaraq Azərbaycanın, sadəcə, 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında, belə deyək, mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir. Sonda Cənab Prezidentimiz İlham Əliyev dəvətini qəbul etdiyinə və Azərbaycana rəsmi səfərlə ziyarət etdiyinə görə İsrail Prezidentinə təşəkkürünü bildirib. Ona və İsrail xalqına sülh, uğur və çiçəklənmə arzu etib. 
    Ceyran Quliyeva,
    Xocalı rayon Qaragav kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaQəzet
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib57 dəfə
    azərbaycan İsrail münasibətləri: yeni strateji hədəflər

    Maraqlı gələ bilər
    48
    107
    85
    85
    47